Bu gün iyunun 13-də Yerevanda jurnalistlər müdafiə naziri David Tonoyandan təmas xəttindəki vəziyyət barədə soruşublar.
Gununsesi.org xəbər verir ki, virtualorg.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan hazırda vəziyyətin “sabit olduğunu” açıqlayıb.
“Dünənki və bu günkü məruzələrə əsasən hazırkı məqamda vəziyyət qismən stabildir”-Tonoyan qeyd edib.
Jurnalistlər bu dəfə Tonoyandan müharibə təhdidi barədə soruşublar, nazir onları əmin edib ki, əgər müharibə təhlükəsi real olsa bu haqda hökmən məlumat verəcək.
Jurnalistlər əl çəkməyiblər, müdafiə nazirindən təmas xətti boyu Azərbaycan ordusunun pilotsuz təyyarələrinin uçuşları haqda soruşublar. (Bu haqda daha əvvəl qondarma “dqr” rejimi açıqlamışdı). Tonoyan deyib: “Bizim pilotsuz aparatlar da bütün perimetr boyu uçuşlar həyata keçirir”.
Jurnalistlər yenə əl çəkməyiblər, Tonoyana Azərbaycan tərəfinin xüsusi təyinatlılar cəmləşdirməsi haqda xatırladıblar. Tonoyan isə qeyd edib ki, onlar tərəfdən də təmas xəttində xüsusi təyinatlı dəstələr var.
Qeyd edək ki, bu günlərdə David Tonoyan Azərbaycan əsgərinin vurulması əmrini şəxsən verdiyini təsdiqləmişdi və cəbhənin Tərtər istiqamətində əsgərimizi vuran hərbçiləri mükafatlara təqdim etmişdi.
Xatırladaq ki, iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.