Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan avtomobil təmir sexinin lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Suraxanı rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında 1 ədəd kondisioner yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info