“Təmiz ad insanın bəzəyidir, amma bu sahədə irəli getməyə qoymur” - ŞƏBNƏM TAPDIQ

  • By admin
  • 31 Oktyabr 2017 16:34

Əməkdar artist Şəbnəm Tapdıq incəsənətdə təmiz adla irəliləməyin mümkün olmadığını deyib.

Gununsesi.info-nun məlumatına görə, o, bu haqda “Hər şey daxil” verilişində danışıb:

“Təmiz ad insanın bəzəyidir, amma bu sahədə irəli getməyə qoymur. Bu sənətin yolu belədir. Gərək kimsə sənin əlindən tutsun. Məni həmişə irəli aparanım atam və atamın çevrəsi olub. Şövkət Ələkbərova mənə özü bu səhnəyə vəsiqə verib. Şövkət Ələkbərovaya bir mahnımı aparmışdım ki, mənim bəstəmi oxusun. Birdən atama dedi ki, “Bu nə yaxşı zümzümə edir”. “Çilə bülbülüm” oxuyanda Şövkət xanım əlini alnına aparıb dedi: “İlahi bu nə gözəl oxuyur”. Şövkət xanım həmişə mənə dəstək olub”.

Qeyd edək ki, Şəbnəm Tapdıq şair İlyas Tapdığın qızıdır.

Gununsesi.info