“Təmiz Şəhər”in səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, ölkədə bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılana qədər, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi; eləcə də Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Nazirlər Kabineti bu işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılmasını, növbəti illərin dövlət büdcəsində isə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Gununsesi.info