İspaniyanın Sevilya şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçirilir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi “Ulduz” futzal komandası turnirin qrup mərhələsində keçirdiyi oyunlarda məğlub olub:
“Stokholm” (İsveç) – “Ulduz” 4:1
“Ausburg” (Avstriya) – “Ulduz” 6:2
“Ulduz” – “Reims” (Fransa) 4:2
Anar
Gununsesi.info