Tənqidçi həkim işdən azad olundu

  • By admin
  • 12 Mart 2024 18:56

İki gün əvvəl həbs edilən tanınmış media eksperti Ələsgər Əhmədoğlunun İstanbul Klinikasında çalışan yaxın qohumu tanınmış həkim Aydın Əliyev bu tibb ocağından uzaqlaşdırılıb.

Gununsesi.info bildirir ki, bu barədə Aydın Əliyev özünün sosial şəbəkə hesabında yazıb.

Təhdiddənmi, qorxudanmı? Bilmirəm. İstanbul klinikasının rəhbərliyi məni bu gün işdən çıxardı. Sabahdan işə gəlmə dedilər. Hanı bəs hüquqi dövlət? İnsanı işdən çıxarmaq bu qədər asanmı? Hanı həmkarlar? Hanı bəs işçi haqları? Hanı bəs əmək müqaviləsi?” deyə Aydın Əliyev yazıb.

Xatırladaq ki, Aydın Əliyev son zamanlar ölkə səhiyyəsinin durumu haqqında tənqidi fikirlər yazırdı.

Ələsgər Əhmədoğlunun həbsindən sonra isə mediaya açıqlamasında onun səhhətində ciddi problemlər olmasına dair fikirlərini ifadə etmişdi.

Hələlik TƏBİB-dən bu barədə münasibət açıqlanmayıb.

Onu da bildirək ki, Aydın Əliyev bir neçə gün əvvəl ona qarşı təxribat hazırlandığını deyib.

GUNUNSESİ.İNFO