
Rüzgar Erkoçlarla ailə quran Tuğba Beyazoğlu haqlarında yazılan tənqidlərə cavab verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyatla özünü kişi etdirən 31 yaşlı Rüzgar və həyat yoldaşı onları qınayanlara əhəmiyyət vermədiklərini deyiblər:
“Biz eşqimizi yaşayarkən sizlər tənhalıq içində boğulacaqsınız. Ey, sizlər, boş insanlar. İçiniz pislikdən çürüyüb, sözlərinizə önəm vermirik. Çünki siz bu həyatda heç kimsiniz və elə də torpağa girəcəksiniz. Dua edin ki, sizin səviyyənizə enmirəm. Siz orada paxıllıq etdiyiniz anda, biz gülürük”.
Erkoçlar isə onun paylaşımını dəstəkləyərək “Gözəl dedin, canım arvadım” sözlərini əlavə edib.
Gununsesi.info