Tənzilə Rüstəmxanlı boşanma söhbətlərinə dair paylaşım etdi — FOTO

Xalq şairi Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı övladlarının boşanma xəbərlərindən sonra paylaşım edib.

Gununsesi.info Olay-a istinadla  xəbər verir ki, o, oğlu Cəmil Rüstəmxanlının boşandığı deyilən gəlini Günel Rüstəmxanlı, müğənni Elçin Cəfərovdan ayrıldığı iddia edilən qızı Aydan Cəfərova və nəvələri ilə fotolarını paylaşıb.

Paylaşımda qeyd olunub: “Bu qala alınmaz, satılmaz, keçilməz, canlar. Karvan keçir. Övladlarım, canlarım, Allahım sizi pis gözlərdən qorusun”.