Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - ÖZƏL

  • By admin
  • 13 Noyabr 2025 14:41

Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəisi əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub.

Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da  sonradan təqaüdə göndərilmişdi.

 Gununsesi.info-nun əldə etdiyi  məlumata görə, Faiq Məmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb.

 

Elmar

Gununsesi.info