Ötən il Ali Məhkəmənin təqaüdə göndərilən hakimlərinin adları açıqlanıb.
Gununsesi.org bildirir ki, Məhkəmə-Hüquq Şurasından “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, yeddi hakim son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.
Bunlar Əli Rüstəmov, Teymurxan Hacıqayıbov, Fərhad Əliyev, Tatyana Qoldman, Ənvər Şadıyev, Əsəd Mirzəliyev və Gülzar Rzayevadır.