Mədəniyyət və Turizm Nazirliyi “Təqaüdçülər ili” çərçivəsində girişi pulsuz olan ictimai çimərliklərdə pensiyaçılara şezlonq və çətirlərin pulsuz təqdim ediləcəyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Nazirliyin sosial media hesabında yer alan açıqlamada aşağıdakı məlumatlar paylaşılıb:
“Təqaüdçülərimizə yeni şad xəbər. “Təqaüdçülər ili” çərçivəsində ictimai çimərliklərimizdə xüsusi olaraq, pensiyaçılarımız üçün yeni xidmət təklif edirik. Hazırda girişi pulsuz olan ictimai çimərliklərimizdə təqaüdçülərimizə şezlonqlar və çətirlər pulsuz təqdim olunacaq.”
Günel
Gununsesi.info