“Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təqibləri ilə üzləşdiyi barədə Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və DİN rəhbəri Vilayət Eyvazova müraciət edib.
Jurnalist mətbuat üçün də yaydığı müraciətində qeyd edib ki, son 2 ay ərizində bu təzyiqləri yaşayır: “Son iki ay ərzində Bandotdel”in əməkdaşlarının mənə qarşı edikləri təhdid, təzyiq və hücumları məni ciddi şəkildə narahat edir, həyatım təhlükədədir”.
Müraciətdə daha sonra deyilir!
Yazıb sizə məlum edirəm ki, “Dünyanınsəsi.Az” saytının rəhbəri olaraq uzun illərdir ki,jurnalist peşə fəaliyyəti ilə məşğulam.
Bildirmək istəyirəm ki, 28.07.2021-ci il tarixdə Daxili işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə İdarəsinin bir qrup əməkdaşları tərəfindən Gəncə şəhərindən oğurlanaraq Bakı şəhərinə aparılmışam. Səbəb isə vətəndaş Natiq İsamyılovun polis oğlu ilə bağlı DİN rəhbəri cənab Vilayət Eyvazova ünvanladığı müraciətin redaktoru olduğum saytda dərc edilməsi olmuşdur.Vətəndaşın müraciətinin yer aldığı məqalə saytımızda “Azərbaycanda polisi sevgilisi ilə şantaj edirlər?” başlığı ilə dərc edilib.
Məhz bu yazıya gərə DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Baba(?) adlı əməkdaşı saytın əlaqə nömrəsi olan +994504284005 mobil nömrəsinə zəng edərək, məni sözügedən idarəyə dəvət etmişdir.Baba adlı əməkdaşla telfon danışığı zamanı mənə bildirdi ki, təcili idarə rəisi general -mayor Əbülfət Rzayevin qəbuluna gəlməlisiniz.Mən isə səhətimdə olan problemlə əlaqədar gələ bilmədiyimi onun diqqətinə çatdırıdım. Bundan sonra məni Gəncədə bir qrup küçədən götürərək, “Bandotdel”ə apardı.
Sözügedən idarədə mənə qarşı qeyri-insani rəftarla yanaşı, həm də olmazın mənəvi-psixoloji işgəncələrini verdilər. İdarənin Amil adlı əməkdaşı 2-ci mərtəbədə qollarımı qandallayıb, zorla özlərinə sərf edən ifadə almaq istəyirdi. Məni avqusutun 28 və 29-u iki dəfə general Əbülfət Rzayevin qəbuluna gətirdilər. General özü mənimlə mədəni tonda danışdı və bildirdi ki, bir daha polis haqqında tənqidi material dərc etməyim.
Bundan başqa məndən Kəlbəcərin polis rəisi Haqverdi Əkbərov haqqında vətəndaş şikayətlərinə istinadən dərc olunmuş yazılar barədə xəbərdarlıqlar edildi.
Mənimlə aparılan söhbətlərdə əsas mövzü olaraq Kəlbəcərin rəisi haqda bəhs edirdi. Mənə qarşı olan qanunazidd hərkətlərinin ictimailəşdirilməsindən sonra idarə rəisi məni azadlığa buraxarkən qarşıma şərt qoydu ki, nə badə bir də hüquq-mühafizə orqanlarından yazasınız.Əsas xəbərdarlıq qəti şəkildə qoyuldu ki, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisindən yazsanız sizi həbs edəcəyik.Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, Baba adlı polis əməkdaşı polis rəisi Haqverdi Əkbərovun tələbə yoldaşıdır.
Cənab Prezident!
Cənab Baş Prokuror!
Cənab Daxili İşlər Naziri :
İki aydır ki, polis tərəfindən qanunuz olaraq təqib olunuram. Məhkəmə qərarı olmadan ev, mobil telefonlarım və hərəkət trayektoriyam da daxil olmaqla izlənirəm. Bəribaşdan bəyan edirəm ki, fəaliyyətimdə və hərəkərlərimdə nəinki cinayət, hətta inzibati xarakterli əməllər yoxdur.
Buna baxmayaraq, “Bandoetdel” əməkdaşları məndən əl çəkmir.
Bildirim ki, Son iki gündə- 30 və 31 avqust tarixində adıçəkilən qurumun Amil (?) adlı əməkdaşı saytın qeyd etdiyim əlaqə nömrəsinin vatsapına 0508340053 nömrəsindən yazaraq mənim telfonumun niyə söndüyünü və harada olduğmu yazmışdır. Sonra mənimlə telfon danışığında bildirdi ki, guya, Naftalan şəhərində Çinar İstirahət Mərkəzindədir. Məni oraya çay içməyə dəvət etdi. Bildirdi ki, söhbət etmək istəyir.
Mən isə onunla razlaşıb 31.08.2021-ci il tarixdə saat 11-00 -dan saat 16-00-a kimi deyilən ünvanda onu gözləmişəm. Ancaq onun məni bir neçə saat gözlətməsi məndə müəyyən şübhələr yaratdı.
Yaxınlarımın mənə verdiyi məlumata görə, müxtəlif yerlərdə məni axtarırlar və barəmdə qeyri-qanuni məlumat toplayırlar.
Hörmətlə, Ərşad İbrahimov