“Təranə ilə Sərxan arasındakı qalmaqala qarışmıram, özləri bilər” - MUSA MUSAYEV

  • By admin
  • 08 İyun 2017 16:42

musa terane serxan

“Qarşıdurma” devizi ilə yayımlanan “Maşın” realiti-şousunda qalmaqallar bitmək bilmir.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasaında mübahisə yaşanıb.

Tərəflər dəflərlə bir-birinin ünvanına təhqirlər səsləndiirb.

S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib: “Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə hörmətim var onlara. Təranədən əvvəl Musanı tanımışam”.

T.Qumral isə “Musanın sənin kimi dostu ola bilməz” cavabını verib.

Məsələ ilə bağlı Musa Musayev də danışıb. Belə ki, M.Musayev S.Kərəmoğlunun “dostumdur” sözlərinin həqiqətə uyğun olmadığını söyləyib: “Maşın” gözəl bir verilişdir. Təranə ilə Sərxan arasındakı qalmaqala qarışmıram, özləri bilər. Amma mənim Sərxan adlı dostum yoxdur. Aktyordur da, orada şou göstərir”.

Gununsesi.info