Təranə Səmədova: “Zamiqin bədən yığmasına baxıram, ürəyim gedir”  - FOTO+VİDEO

  • By admin
  • 14 Aprel 2017 14:58

unnamed (10)

“Zamiqlə eyni zalda idman edirik”.

Gununsesi.info xəbər veriri ki, ARB TV-nin “Evgördü” verilişinin qonağı olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Təranə Səmədova aktrisalıq etməsindən və ona ünvanlanan tənqidlərə münasibət bildirib:

“Bir prodüserin ifaçılığa başlamasını bəyənməmişdim. Əgər onun müğənniliyi mənim aktrisalığım qədər rezonans yaratsaydı, mən heç vaxt onu tənqid etməzdim. Mən ifaçı ola bilmərəm. Karaoke oxuyuram ancaq. Aktrisalığı sınamazdım əslində. Sənətə sırf prodüser kimi gəlmədiyim üçün onu sınayıram. Şən və hazırcavablar klubunun üzvü olmuşam”.

Tanınmış prodüser daha sonra hansı müğənniləri dinlədiyini, kimlərlə küsülü olduğunu açıqlayıb:

“Röyanı, Eltonu, Elçin Cəfərovu, Zamiqi bəyənirəm. Zamiq ürəyimdir. Çox “simpatiçni”dir. Zövqlü biridir. Eyni idman zalında məşq edirik. Onun iddialı məşq etməsinə, o cür bədən yığmasına baxıram, ürəyim gedir. Alqışlayıram. Abbas Bağırovu da. Günay İbrahimlini də bəyənirəm. Çox istədiklərimdən küsürəm. Çox istədiyim insan xətrimə dəyəndə inciyirəm”.

https://www.youtube.com/watch?v=EE6eKdXzUfk

Anar
Gununsesi.info