Tanınmış prodüser Təranə Səmədova və onunla birgə ittiham edilən Rasim Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Gununsesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Gununsesi.info