Tərcüməçi general Süleymani barədə məlumat ötürdüyü üçün edam edildi

Suriyada işləyən iranlı tərcüməçi Mahmud Musəvi Məcd Səudiyyə, İsrail və ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq edam olunub.

Gununsesi.org bu barədə “Fars” agentliyinə istinadən yazır.

Bildirilir ki, o, Suriyadakı İran hərbçilərinin tərkibi, silahlanması və bağlantı sistemləri barədə Ər-Riyad, Mossad və MKİ-nə informasiya verib.

İranlının edam olunmasına səbəb xarici xüsusi xidmət orqanlarına general Qasım Süleymanlının mövqeyi barədə məlumat verməyi və bunun da nəticəsində onun ABŞ tərəfindən öldürülməyi olub.  
 

Gununsesi.org