
Kinotənqidçi Hacı Səfərovun yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında yazdığı ssenari ekranlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, bu debüt film dram janrındadır.
Belə ki, illər sonra türmədən çıxan Hüseyn həyat yoldaşı Gülşadı görüşmək üçün çağırır. Gülşad illər sonra sevdiyi insana qovuşacağı üçün ümidlidir. Üstəlik, o, bəzi cavabsız qalan suallara da məntiqli bir açıqlama gözləyir. Hüseynin onunla görüşlərə niyə çıxmadığını, cinayəti edib-etmədiyini öyrənmək istəyir. Hüseynin də görüşləri barədə öz planı var. Onlar öz keçmişləri ilə üzləşmək üçün yalnızca bir girişi olan hər kəsdən və hər şeydən uzaqda olan mağaraya girirlər.
Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.
Filmin ssenaristi və quruluşçu rejissoru Hacı Səfərov, prodüserləri Emil Nəcəfov, H.Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, bəstəkarı Nigar Süleyman, montajçısı Mirzəli Əlizadə, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır.
Film 17 yanvar, saat 19:00 Nizami Kino Mərkəzində baş tutacaq.