
“Qar bərəkət, bolluq rəmzidir” deyib ulu babalarımız. Bu gün Tərtər rayonunun çölləri, parkları, küçələri ağ örpəyə bürünüb. Tərtər çayının ağappaq qarla örtülmüş ucsuz-bucaqsız sahilləri rəssam tablosunu xatırladır. Gündən-günə gözəlləşən Tərtər şəhəri ilk qarın sevinc və fərəh gətirdiyi əsl qış ovqatındadır.
İlk qarın mübarək, gözəl Tərtər! Qoy bu ağ örpək bərəkətli torpağındakı güllə və mərmi izlərini həmişəlik silib aparsın, bol ruzi və əmin-amanlıq gətirsin!
Gununsesi.info AZƏRTAC Tərtərin qış mənzərələrini təqdim edir: