Tərtər Rayon İcra Hakimiyyətində 13 minlik QALMAQAL

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadovla rayonun Buruc kəndinin sakinləri arasında qalmaqal yaşanıb.

Gununsesi.info-nun Publika.az-a istinadən verdiyi xəbərə görə, icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadovla kənd sakinləri arasında artezian quyusu məsələsinə görə münaqişə yaranıb.

HTML tutorial

İddialara görə, kənd sakinləri yaşayış məntəqəsinin artezian problemini həll etmək üçün şöbə müdiri Abbas Cavadova əvvəlcədən 13 min manat pul veriblər. Amma Abbas Cavadov Buruc sakinlərinin artezian məsələsini həll edə bilməyib. Sakinlər iddia edir ki, icra başçısının müavini həmin vəsaiti mənimsəyib.

Hətta icra hakimiyyəti binası qarşısında kənd sakinləri ilə Amil Cavadov arasında qarşdurma yaşandığı da bildirilir. Mənbələrimizin bildirdiyinə görə, şikayətçilərdən birinin – Məhəbbət həkimin həyat yoldaşı elə Buruc kəndinin icra nümayəndəsidir.

Əldə etdiyimiz məlumatlara görə, məsələdən, yəni 13 min manatlıq rüşvət qalmaqalından yuxarı instansiyaların da xəbəri var.

Yazıda adları keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Gununsesi.info