“Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər-Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, məhkəmənin hazırlıq iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.

İttiham olunan Vüsal Ələsgərov polkovnik, Rəşid Niftəliyev isə polkovnik-leytenantdır.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya təsdiq ediblər.

O da qeyd olunub ki, həmin iş üzrə istintaq davam edir.

Gununsesi.info