“Tərtər işi” üzrə məhkəmədə hökm oxunması təxirə salındı – SƏBƏB

  • By admin
  • 31 Oktyabr 2023 14:49

Sumqayıt Hərbi Məhkəməsində “Tərtər işi” çərçivəsində mühakimə olunan bir qrup şəxsə hökm oxunması təxirə salınıb.

Gununsesi.info xəbər edir ki, məhkəmə ittiham olunan mayor Ülvi Rəşidovun qızı vəfat etdiyi üçün hökmün oxunmasını ertələyib.

Məlumata görə, dünyasını dəyişən Ülviyyə Rəşidovanın bir neçə ay əvvəl beyninə qan sızıbmış. O, həmin vaxtdan bəri komada olub.

Qeyd edək ki, məhkəmə prosesində Hadrutu erməni içğalçılarından azad edən Ziya Kazımov da mühakimə olunur. Digərlərindən fərqli olaraq, iş üzrə zərər çəkənlər Ziya Kazımovun əleyhinə ifadə verməyiblər.

Xatırladaq ki, Ülvi Rəşidov general Bəkir Orucov və digərləri ilə birgə cinayət məsuliyyətinə cəlb edilib. Snayper bölüyündə xidmət etmiş Rəşidov barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Əvvəlki prosesdə prokuror ona 10 il 6 ay həbs cəzası tələb edib.

Gununsesi.info