“Tərtər İşi”ndə işgəncə alan mülki şəxslərə də bəraət verildi

  • By admin
  • 19 Oktyabr 2022 23:14

Bir müddət öncə “Tərtər işi” üzrə 2017-ci ildə ittihamlarla üzləşmiş (nəticədə dövlətə xəyanətlə bağlı olmayan) və iş üzrə icraat Baş Prokurorluq tərəfindən təzələndikdən sonra bəraət almış hərbi qulluqçuların ardından bu prosesdə işgəncələr görmüş və əsassız ittihamlar almş mülki şəxslərə də qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.

Gununsesi.info onların siyahısını təqdim edir:

1. Şəmmədov Arif Əlabbas oğlu
2. İsmayılov Müzəffər Zəfər oğlu
3. İsmayılov Elşən Zəfər oğlu
4. Hacıyev Emin Ramiz oğlu
5. Cabbarov Mənsur İlya oğlu
6. Məmmədov Tofiq Hümbət oğlu
7. Məmmədov Teymur Tofiq oğlu
8. Ağalıyev Şahin Nazim oğlu

İnsan haqları fəalı Rəsul Cəfərov deyir ki, “Tərtər işi” çərçivəsində bəraət almış şəxslərin sayı 26 nəfərdir,  amma işlər bununla yekunlaşmır:

“Haqlı olaraq yeni bəraət qərarların olacağı gözlənilir. Öyrənilməsinə tam başlanılmayan işlərin də yenidən araşdırılması zəruridir”.

 

Gununsesi.info