“Tərtər işi”nin istintaqı zamanı dünyasını dəyişən MAXE Elçin Quliyev barəsində verilən qərar ləğv edilib.
Gununsesi.info xəbər verir ki, Tərtər hadisələrinin təkrar araşdırılması üçün yaradılan yeni İstintaq Qrupunu bununla bağlı qərar verib.
Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, kiçik çavuş Quliyev Elçin Mətləb oğlu 2017-ci ilin may ayında törədilmiş cinayət nəticəsində yaşamaq hüququndan məhrum edilib: “Onun barəsində heç bir ilkin dəlil və sübut olmadan başlanmış dövlətə xəyanət ittihamı üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdi”.
Dünən Baş Prokurorluğun İstintaq İdarəsində E.Quliyevin anası Validə Quliyevaya xitam qərarının ləğv edilməsi barədə Baş prokuror Kamran Əliyevin 31 yanvar 2022-ci il tarixli qərarı təqdim edilib: “Qərarı Elçinin haqlı olaraq bəraət alması üçün irəliyə doğru atılmış ilk addım kimi qiymətləndiririk və ümidvarıq ki, veriləcək bəraət qərarları təkcə Elçinlə bağlı deyil, digər təqsiri sübuta yetirilmədən cinayət təqibinə məruz qalmış şəxslər barəsində də veriləcək”.
Qeyd edək ki, Elçin Quliyev 2017-ci il mayın 3-də saxlanıb, mayın 6-da ölüb.
Gununsesi.info