Tərtər sakini minaya düşüb

  • By ilhame
  • 04 Fevral 2024 18:22

Tərtər sakini minaya düşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş rayonun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran Tərtərin Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info