Tərtər sakinindən marixuana götürülüb

  • By admin
  • 11 İyul 2017 13:36

marixuana

Tərtər rayonunun Düyərli kənd sakinindən 5,315 kq marixuana götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinə Düyərli kənd sakini olan bir nəfərin narkotik istifadəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumatın yoxlanılması məqsədilə həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərə başlanılıb.

Əməliyyat qrupu əlində çanta olan həmin şübhəli şəxsi Düyərli kəndi ərazisində əkin sahəsindən evə qayıdarkən saxlayaraq Polis Şöbəsinə gətirib.

Araşdırmalarla onun kənd sakini Qədir Qədimzadə olması müəyyən edilib. Onun üzərinə və çantasına baxış keçirilib. Çantadan 2 sellofan torbalara bükülmüş yaşıl qoxulu maddə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin maddənin ümumi çəkisi 5 kiloqram 315 qram qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.

Anar

Gununsesi.info