Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ölüb

  • By ilhame
  • 23 İyun 2024 10:00

Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Vurğulanıb ki, iyunun 23-də saat 05:00 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

 

Araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

 

Araşdırma aparılır.

Gununsesi.info