Tərtərlilər işıqlığa çıxdılar - YENİLƏNİB

  • By admin
  • 21 Sentyabr 2016 17:08

isiq

Son anda əldə etdiyimiz məlumata görə Gununsesi.info-nun müdaxiləsindən sonra Tərtər rayonun mərkəzinə enerjinin verlişi bərpa olunub. Bununla əlaqədar yerli sakinlər Gununsesi.info-ya öz  minnətdarlıqlarında bildirməyi unutmayıblar.

Qeyd edək ki, sentyabrın 18-də gecə saat 02:00 radələrindən etibarən, Tərtər rayon mərkəzində elektrik enerjisi kəsilib. 3 gündür ki şəhər sakinləri qaranlıqda qalıblar. Ərzaq mağazalarında və ictimai iaşə mərkəzlərində  ət və ət məhsulları, eləcə də süd və süd məhsulları sıradan çıxaraq, istifadəsi yararsız hala düşüb.

***

12:48

“Sentyabrın 18-də gecə saat 02:00 radələrindən etibarən, Tərtər rayon mərkəzində elektrik enerjisi kəsilib. 3 gündür ki şəhər sakinləri qaranlıqda qalıblar. Ərzaq mağazalarında və ictimai iaşə mərkəzlərində  ət və ət məhsulları, eləcə də süd və süd məhsulları sıradan çıxaraq, istifadəsi yararsız hala düşüb”.

Bu haqda Gununsesi.info-ya Tərtər rayon sakinin Şahin Əliyev məlumat verib. Onun sözlərinə görə,  rayon mərkəzində  sentyabırın 20-dən etibarən yalnız rayon icra hakimiyyətinin inzibarı binasına və xəstəxanada enerşinin verilməsi bərpa olunub: “Tərtər rayon mərkəzində elektrik enerjisinin yeraltı ötürülməsində istifadə olunan kabellərdən hansısa sıradan çıxıb. Buna görə də, Tərtərdə həyat dayanıb. Həmin kabelin harada sıradan çıxdığını dəqiqləşdirən səyyar laboratoriyanın 3 gündür Gəncə şəhərindən gətirilməsi gözlənilir. Lakin hələ də, həmin laboratoriya Tərtərə gəlib çıxmayıb. Əhalinin bütün ərzaq ehtiyatı sıradan çıxıb, istər sıravi vətəndaşların, istərsə də hüquqi şəxslərin və iş adamlarına məxsus saxlama dolablarıtam fəaliyyətsiz vəziyyətdədir. Məktəblərdə, uşaq baxcalarında və dövlət idarələrində də eyni vəziyyətdir.  Rabitə əlaqəsi də bu baxımdan kəsilib. Rayon mərkəzində həyat iflic vəziyyətindədir”-, deyə o bildirib.

Ş.Əliyev bildirib ki,  rayon sakinləri təlaş içərisindədirlər.

Gülnaz Qənbərli

Gununsesi.info