Tərtərdə dəhşətli hadisə: İtkin düşən 16 yaşlı oğlanın meyiti tapıldı

  • By admin
  • 17 Avqust 2023 13:38

Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, Vidadi Samir oğlu Atayevin meyiti Mamırlı kəndində, qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

11:36

Tərtərdə 16 yaşlı oğlan itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Tərtər rayonu Mamırlı kənd sakini, 2007-ci il təvəllüdlü Vidadi Samir oğlu Atayev 15 avqust tarixində evdən çıxıb və geri qayıtmayıb. Onun itkin düşməsi barədə 16 avqust tarixində Tərtər Rayon Polis şöbəsinə məlumat verilib.

Qeyd edilən məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info