Tərtərdə faciə: Evdə diri-diri yandı

Tərtər rayonunun Hacıqərvənd kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, ümumi sahəsi 20 m² olan 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

Gununsesi.info