Tərtərdə iki avtomobil toqquşdu, ölən var

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı avtomobil qarşıdan gələn VAZ-2106 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-ın sərnişini Kənan Sərhad oğlu Novruzov hadisə yerində həyatını itirib.
VAZ-ın sürücüsü Nurlan Şirinov ilə “Opel”in sürücüsü Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info