Tərtərdə İnam Kərimovla görüş olacaq -Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında

  • By admin
  • 12 Noyabr 2018 20:07

Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.  

“Gununsesi.org” xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.