Tərtər rayonunda subartezian quyularından elektrik kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 27-də Tərtər rayonunun Evoğlu kəndində Rayon Mexaniki Suvarma İdarəsinə məxsus 3 subartezian quyularından müvafiq olaraq 17, 55 və 30 metr elektrik kabelləri kəsilərək oğurlanıb.
Tərtər Rayon Polis Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar. Onların Soğanverdilər, Şahvəlilər, Xanərəb, Dəymədağlı, Hacalı-2, Mehdixanlı və Tağılar kəndələri ərazilərindəki subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaları da müəyyən edilib.
Anar
Gununsesi.info