Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi müəyyənləşib. Nəticədə o, ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Gununsesi.info