Tərtərdə qısqanclıq zəminində qətl hadisəsi baş verib

  • By admin
  • 20 Dekabr 2016 12:30

bicaq

Tərtər rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş Q.Tanrıverdiyev orada ölüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Anar

Gununsesi.info