
Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə çətinlikləri ilə əlaqədar təşkilatın qərargahının xərclərini azaltmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, məlumata görə, xərclərə qənaət edən tədbirlər arasında operatorların və tərcüməçilərin iş vaxtından artıq işləməsinə qadağa, BMT-nin Manhettendəki mənzil-qərargahında iş saatlarının məhdudlaşdırılması, həmçinin yeni işçilərin işə qəbulunun dondurulması daxildir.
Siyahıya, hətta kondisionerlərin işləmə saatının azaldılması da daxildir.