Təxirə salınan reyslər bərpa edildi

Ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə AYNA-dan bildirilib.

Bildirilir ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb.

“Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir. Yanvarın 14-də 130 reys həyata keçirilib, 3825 sərnişin paytaxtdan regionlara yola salınıb. Yollardakı vəziyyətlə bağlı ötən gün Naxçıvan, Qəbələ və İsmayıllı reysləri təxirə salınmışdır. Artıq həmin istiqamətlərə də reyslər bərpa olunub.

Paytaxta gəlincə, şəhərin küçə və prospektlərində yolların tam açıq oluğu müşahidə edilir. Sıxlıq olan yerlərdə ictimai nəqliyyatın üstünlüyü təmin edilir”, – məlumatda qeyd edilir.

 

 

Gununsesi.info