Təyyarə eniş edərkən dəniz kənarında yağana düşüb

  • By admin
  • 15 Yanvar 2018 13:24

“Pegasus Airlines” şirkətinə məxsus Ankara-Trabzon PC8622 reysini həyata keçirən “Boeing 737-800” təyyarəsi Trabzonda eniş edərkən enib-qalxma zolağından çıxaraq dəniz kənarında yağana düşüb.

Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, eniş etdikdən sonra uçuş zolağında manevr edərkən bəlli olmayan səbəbdən idarəetməni itirərək hava limanından kənarda yarğandan aşağı düşüb. Təyyarədə 162 sərnişin və 6 ekipaj üzvündən heç biri xəsarət almadan xilas edilib.

Pilotların dediyinə görə, eniş etdikdən sonra təyyarənin motoru birdən sürətlənib və sağa getmək əvəzinə sola dəniz istiqamətinə hərəkət edərək yarğandan dənizə düşüb.

Araşdırma zamanı pilotların spirtli içki qəbul etmədiyi bəlli olub. Hazırda “qara qutu” araşdırılır.

Gununsesi.info