Tailandda sınaq uçuşu zamanı təyyarənin evin üzərinə düşməsi nəticəsində pilot ölüb.
Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, mühərrikində nasazlıqlar səbəbindən texniki xidmətdə olan təyyarə Samut Sakhon bölgəsində sınaq uçuşu zamanı evə çırpılıb. Qəza nəticəsində 34 yaşlı pilot dünyasını dəyişib.
Qəzadan sonra başlayan yanğının kontrol altına alınsa da, təyyarənin düşdüyü evə ciddi ziyan dəydiyi bildirilib.
İstintaqı aparan müstəntiqlər təyyarənin seyr halında ikən yüksəkliyi itirdiyini açıqlayıb.
Günel
Gununsesi.info