Nigeriyada bir təyyarə təyinat yeri olan paytaxt Abuca hava limanına deyil, 550 km uzaqlıqdakı başqa bir şəhərin hava limanına enib.
Gununsesi.info xəbər verir ki, təyyarə “United Nigeria Airlines” şirkətinə məxsus olub.
Təyyarə heyətindən müvafiq şəxs “Abuca Nnamdi Azikive Hava Limanına xoş gəlmisiniz” elan edib, lakin təyyarə Abucadan təxminən 550 kilometr aralıda, Niger çayının qərb sahilində yerləşən Asaba şəhərinə eniş edib.
Birləşmiş Nigeriya Hava Yollarının sözçüsü Achilleus-Chud Uchegbu hadisə ilə bağlı verdiyi açıqlamada, “qarışıqlığın pis hava şəraiti ilə əlaqədar olduğunu” deyib. O bildirib ki, “Pilot hava limanının aviasiya bölməsindən məlumat aldıqdan sonra təyyarəni Asabaya istiqamətləndirib”..
Digər tərəfdən, Nigeriya Mülki Aviasiya İdarəsi hava yolu şirkətinin fəaliyyətinin dayandırıldığını və hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Gununsesi.info