Təyyarə minik avtomobili ilə toqquşdu - VİDEO

  • By admin
  • 08 Avqust 2017 11:42

chec_vs

Çeçenistanda yüngül motorlu təyyarə minik avtomobili ilə toqquşub.

Gununsesi.info tass-a istinadən xəbər verir ki, hadisə Çeçenistanın  Şelkovskiy rayonundakı Çervlyonnıq stansiyasında baş verib.

Belə ki,  yüngül motorlu təyyarə magistralda hərəkət edərək havaya qalxmaq istəyərkən minik avtomobili ilə toqquşub. Vaxtında havaya qalxa bilməyən təyyarə yolda dayanan minik avtomobilinə arxadan dəyib.

Nəticədə pilot yüngül xəsarət alsa da, təyyarə ciddi zədələnib. Pilotun uçmağa icazəsi olmayıb.

Gununsesi.info