Yaponiyada “Boeing” tipli təyyarənin dördkiloqramlıq örtük hissəsi qopraq 2 min metr yüksəklikdən avtomobilin üzərinə düşüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, örtük təyyarənin qanadından qopub və maşının tavanına ziyan vurub, həmçinin arxa şüşəsini qırıb. Sürücünün xəsarət almadığı bildirilir. Hava gəmisi isə Amsterdamda eniş edib. Təyyarə Hollandiyanın KLM aviaşirkətinə məxsusdur. Aviadaşıyıcı hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gununsesi.info