Təyyarə qəzasına düşən Zaur Məmmədov atasının dəfnindən qayıdırmış

  • By Admin2
  • 25 Dekabr 2024 15:14

Qəzaya uğramış Bakı-Qroznı təyyarəsinin sərnişinlərindən biri atasının dəfnindən qayıdırmış.

Gununsesi.info bildirir ki, SHOT-un məlumatına görə, 36 yaşlı Zaur Məmmədov 3 gün əvvəl Bakıda yaşayan atasını dəfn edib.

Həmin şəxs Rusiyaya qayıdarkən təyyarə qəzasına düşüb.

Zaur sağ qalıb və Qazaxıstan xəstəxanasındadır.

Gununsesi.info