Təyyarə qəzasında 260 hərbçi öldü - VİDEO, YENİLƏNİB

  • By admin
  • 11 Aprel 2018 15:48

Əlcəzairdə İl-76 hərbi təyyarəsinin qəzaya uğrması nəticəsində ölənlərin sayı 260 nəfərə çatıb.

Gununsesi.info “En-Nahar”a istinadən xəbər verir ki, xilasedicilərin verdiyi məlumata  görə, təyyarənin qəzaya uğradığı yerdə 260 şəxsin cəsədi aşkar edilib.

Əlcəzair Müdafiə nazirliyi isə ölənlərin 200 nəfərə çatmayacağını bildirir.

Təyyarədə maksimum 250 nəfərin yerləşə biləcəyi bildirilir.

Hadisə yerinə 14 yanğınsöndürən maşın, 30 təcili tibbi yardım maşını və 300 xilasedici cəlb olunub.

 

****

15:23

Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Əlcəzair Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb.

Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.

****

14:29

Əlcəzairdə göyərtəsində 200 hərbçinin olduğu hərbi təyyarə qəzaya uğrayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, şahidlər qəzadan xilas olanların olmadığını deyir.  Avtomobil yoluna düşən hərbi təyyarə tamamilə yanıb.

Təyyarə Əlcəzairin  Blida vilayətindəki Boufarik Hava limanı yaxınlığında avtomobil yoluna düşüb.

 

Gununsesi.info