Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi keçirilir - FOTOLAR

  • By Günel
  • 29 Dekabr 2024 13:35

Aktauda təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi keçirilir.

Gununsesi.info xəbər verir ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunur.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. (APA)