Təyyarə qəzasında ölənlər arasında 20-dən çox jurnalist var

  • By admin
  • 29 Noyabr 2016 22:41

tayyara-jurnalist

Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında Braziliya KİV-lərinin 21 əməkdaşı olub. Bu barədə Braziliya Jurnalistlərinin Milli Federasiyası məlumat yayıb.

Gununsesi.info RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına görə, həyatını itirən jurnalistlərin əksəriyyəti Rio-de–Janeyro, Santa-Katarina və San-Pauludan olan KİV əməkdaşlarıdır. Peşəkar qəzet, radio və televiziya idman jurnalistləri Kolumbiyada keçiriləcək futbol oyununu işıqlandırmağa gedirdilər.

Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliya futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 81 nəfərdən 75-i həlak olub.

Gununsesi.info