Fransa ilə İsveçrənin ortaq istifadə etdiyi “Basel-Mulhouse” hava limanında iki motorlu təyyarə qəzaya uğrayıb.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, ilkin ehtimala görə, “Basel-Mulhouse” hava limanınına eniş edən “Piper PA-34” tipli iki motorlu təyyarə qəzasına qatı duman səbəb olub. Qəza zamanı ümumilikdə 2 nəfər – təyyarənin pilotu və onun yanındakı sərnişi həlak olub.
Hadisədən sonra “Basel-Mulhouse” hava limanında təyyarələrin uçuşu dayandırılıb.
Anar
Gununsesi.info