Təyyarə qəzaya uğradı: Ölənlər var

  • By Ayshan
  • 05 Noyabr 2025 09:43

ABŞ-nin Kentukki ştatında yük təyyarəsinin havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Kentukki ştatının qubernatoru Endi Beşar bildirib ki, ölənlərin sayı arta bilər. Bildirilib ki, Honoluluya uçan MD-11 tipli UPS 2976 saylı təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.