Təyyarə quş dəstəsi ilə toqquşdu - MƏCBURİ ENİŞ ETDİ

  • By admin
  • 16 Noyabr 2016 11:22

teyyare

Yaponiyanın “All Nippon Airways” avia şirkətinə məxsus təyyarəsi təcili eniş edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “Airbus A320” laynerinin bir dəstə quşla toqquşması olub.

Yaponiyanın İvakuni şəhərindən Tokionun Haneda hava limanına doğru hərəkət edən təyyarənin pilotu eniş üçün icazə istəyib.

Baxış zamanı aydın olub ki, laynerin hər iki mühərriki zədələnib.
Təyyarənin göyərtəsində təxminən 140 sərnişin olub. Onlardan heç biri xəsarət almayıb. Sərnişinlər başqa bir təyyarə ilə gedəcəkləri ünvana çatdırılıblar.

Gununsesi.info