Təyyarə sərt eniş etdi – Yaralılar var

  • By admin
  • 29 Yanvar 2024 15:06

ABŞ-ın Los-Anceles şəhərindən Havay adalarına gedən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində 6 nəfərin yaralandığı bildirilib.

Gununsesi.info xəbər verir ki, CNN-in məlumatına görə, “American Airlines 271” reysi naməlum səbəbdən eniş zamanı problemlə üzləşib.

Havay adalarının Kahului hava limanında 167 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin sərt eniş etməsi nəticəsində 1 sərnişin və 5 stüardessa yaralanıb. Xəsarət alan 6 nəfərin səhhətinin yaxşı olduğu açıqlanıb.

Aviaşirkətdən verilən açıqlamada təyyarənin ehtiyat məqsədilə istifadədən çıxarıldığı bildirilib.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) saytında yer alan açıqlamada, təyyarənin sərt enişinin səbəbinin araşdırılacağı qeyd edilib.

Gununsesi.info