ABŞ-ın Atlanta şəhəri yaxınlığında (Corciya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Fox News” telekanalı xəbər verib.
İlkin məlumata görə, hadisə nəticəsində təyyarədə olan 1 nəfər ölüb, fərdi yaşayış evi yanıb.
Hadisə zamanı yaşayış evində heç kim olmayıb.
Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar barədə hələ ki, məlumat yoxdur.
https://www.youtube.com/watch?v=ZOcQtVzIbMw&feature=youtu.be
Gununsesi.info